Rusiya xarici işlər naziri Sergey Lavrov hərbi təyyarənin vurulmasından sonra Türkiyə ilə yaranan diplomatik və siyasi gərginliyə toxunub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı diplomat Türkiyə ilə münasibətlərin pisləşəcəyindən yazıb: “Türkiyənin xarici işlər naziri Su-24 təyyarəsinə hücumun ABŞ-la razılaşdırılıb-razılşamdırılmadığını deyə bilməyib. Digər tərəfdən, bütün beynəlxalq qanunlara zidd olaraq Suriya ərazisində Rusiya təyyarəsinin məhvinə haqq qazandırıb”.
Nazir Türkiyə ilə münasibətlərə yenidən baxacaqlarını da əlavə edib:
“Rusiya Türkiyə ilə münasibətlərini və razılaşmalarını yenidən gözdən keçirəcək. Amma Türkiyə ilə müharibə etmək niyyətində də deyilik”.
Rusiya turizm şirkətləri Türkiyəyə bütün çarter reyslərini ləğv edib və turların satışını dayandırıb.
Vüqar İsmayılov