Modern.az

Ruslar Türkiyə səfirliyinə hücum etdi - VIDEO

 Ruslar Türkiyə səfirliyinə hücum etdi   - VIDEO

25 Noyabr 2015, 20:02

 

Moskvada Türkiyə səfirliyinə hücum olub. Hücum edənlər səfirliyi daşlayıb.

Modern.az saytı xəbər verir ki, bu barədə Lenta.ru-nun hadisə yerində olan müxbiri Filip Kireyev məlumat verib.

“Səfirlikdə çoxlu daş və şüşə qırıntıları var. Binanın pəncərələri sındırılıb. Hər tərəfdə boya izləri var”, -deyə Filip Kireyev bildirib. 

Məlumata görə, səfirlik önündə bir neçə dəstə polis növbə çəkir. Onlar binaya yolu bağlamağa çalışırlar.

Müxbirin sözlərinə görə, səfirliyin yanında bir qrup gənc dayanıb. Onlar qara gödəkçə və papaq geyiniblər.

Xatırladaq ki, dünən Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Elə həmin gün Moskvadakı Türkiyə səfirliyi önündə aksiya keçirilib. Bugün səhərdən etibarən səfirlik önündə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Modern.az

       
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi