Modern.az

Qarabağda 5-dən çox uşağı olan ermənilərə hədiyyə verəcəklər

Qarabağda 5-dən çox uşağı olan ermənilərə hədiyyə verəcəklər

Dünya

27 Noyabr 2015, 10:24


Bu gün səhər ABŞ-ın Los-Anceles şəhərində “Hayastan” ümumerməni fondunun 12 saatlıq telemarafonu başa çatıb. Modern.az xəbər verir ki, marafon Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələr üçün fərdi evlərin tikintisi məqsədilə erməni diasporundan ianələr toplayıb.

12 saat ərzində 10 milyon, 378 min, 465 dollar vəsait toplanıb.

Bundan əvvəl, Fransa və digər Avropa ölkələrində keçirilən telemarafonda 1,3 milyon avro vəsait toplanmışdı.

“Hayastan” fondu 1992-ci ildə yaradılıb. Fond fəaliyyətə başladığı gündən Ermənistan və Dağlıq Qarabağ bölgəsi üçün 300 milyon dollardan artıq ianə toplayıb. 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi