Modern.az

Yerevanda müxalifət Sərkisyan rejiminə meydan oxudu - VİDEO

 Yerevanda müxalifət Sərkisyan rejiminə meydan oxudu  - VİDEO

Dünya

1 Dekabr 2015, 21:17

 

Dekabrın 1-də Yerevandakı “Azadlıq” meydanında keçirilən etiraz aksiyası zamanı “Təsis parlamenti”nin üzvləri Qevorq Safaryan və Smbat Barseqyan saxlanılıblar. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, onlar polisdədirlər və barələrində material hazırlanır.

Yerevan polisinin rəis müavini Valeri Osipyan bəyan edib ki, Safaryanda şübhəli əşya olub. Polis ondan həmin əşyanı çıxarıb göstərməsini tələb etsə də, Safaryan bundan imtina etdiyindən saxlanılıb.

Konstitusiya referendumu əleyhinə keçirilən mitinqi “Yeni Ermənistan” ictimai cəbhəsi təşkil edib. Müxalifətin vahid qərargahının rəhbəri Jirayr Sefilayn Yerevan merinin razılıq verməməsinə baxmayaraq meydana çadırlar gətirilməsinə çağırış edib.

Politoloq Andrias Qukasyan bəyan edib ki, aksiyanın əsas məqsədi cinayətkar rejimin hərəkətlərinə müqavimət göstərməkdir.

Onun sözlərinə görə, müxalifət yetkil olmalı, bir-birinə qarşı diqqətli davranmalıdır: “Biz bu gün bütün düyaya göstərməliyik ki, erməni xalqı öz hüquqlarını müdafiə etmək qabiliyyətini itirməyib. Biz Konstitusiya hüquqlarımız reallaşdırırıq və heç bir güzəşt olmayacaq”.

Politoloq “Yeni Ermənistan”ın tələblərini də təqdim edib: Konstitusiya islahatları prosesi dayandırılmalı, rejim ketməlidir və yeni seçkilərin gedişində legitim hakimiyyət seçilməlidir. “Bu gün Ermənistanın taleyi həll olunur”. Bunu isə “İrs” partiyasının lideri Raffi Ovannisyan bəyan edib.

Onun sözlərinə görə, “Yeni Ermənistan” doğuşdan əvvəlki vuruşmadadır, Ermənistanın Respublikaçılar Partiyası isə özünün son günlərini yaşayır.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi