Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yerli telekanallardan birinə müsahibəsi zamanı ölkəsinin neft və qaz almaq üçün Rusiyaya alternativ ölkələr axtardığını deyib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, türk dövlət başçısı yeni enerji daşıyıcısı mənbələrini tapmağın problem olmadığını deyib.
“Türkiyə Rusiyadan aldığı neft və qazı başqa ölkənin hesabına əvəzləyəcək”.
Ötən il “Qazprom”dan 27,4 milyard kubmetr qaz alaraq mavi yanacağa olan ehtiyaclarının 60%-ni ödəyən Türkiyə əsas alternativ olaraq Qətər, İraq, Azərbaycan, Əlcəzair və İran qazına ümid edir.
Noyabrın 24-də Rusiyanın Su-24 hərbi təyyarəsi Türkiyə tərəfindən vurulduqdan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşmişdi.
Vüqar İsmayılov