Çində bir kəndli ərazi anlaşılmazlığı üzündən 4 əsgəri diri-diri yandırıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kamera ilə qeydə alınan o hadisədə əsgərlərlə kəndlinin mübahisə etdiyi görünür.
Bu əsnada əsgərlərə qarşı qəzəbli olan şəxs əlindəki cismi bir andaca yandırır. 4 əsgər səbəbi bilinməyən bir şəkildə yanmağa başlayarkən, hadisəyə səbəb olan şəxs qaçmağa çalışır. Hadisədən sonra xəstəxanaya qaldırılan 4 əsgərin sağlamlıq vəziyyətinin kritik olduğu öyrənilib.