Rusiya iflasa süründürülür. Sürətlə düşən neft qiymətləri Rusiya iqtisadiyyatında ağır günlərə səbəb oldu. Modern.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin fikrincə, 2016-cı il Rusiya üçün “iflas ili” ola bilər.
2014-cü il iyunun 1-də 111,8 dollardan satılan Brent nefti 6 ay içərisində dəyərinin 65 faizini itirib. 2015-ci ilin yanvar ayında 46 dollara qədər gerilədi. Dekabrın 4-də reallaşan OPEK-in yığıncağından sonra isə yeni bir şok dalğası başladı və neftin qiymətində radikal bir geriləmə yaşandı. Bir həftə içində xam neft 12 faiz ucuzlaşmaqla 36,71 dollara, Brent markalı neft isə 20 faizə qədər ucuzlaşaraq 37,93 dollara düşdü. Bu gün səhər isə xam neft 34,4 dollar, Brent nefti 36,3 dollara qədər geriləyib.
Rusiya neft çıxarma xərcləri baxımından dünyadakı bənzərlərinə görə çox daha çətin vəziyyətdə.
“Al Cəzirə”nin xəbərinə görə, qiymətlərdəki bu radikal geriləmənin iqtisadçılar və bazar analitiklərinə görə dörd təməl səbəbi var. Birinci səbəb olaraq bazardakı neftin həcminin çox olduğu göstərilir. OPEK-in dekabrın 10-dakı hesabatına görə, 2015-ci ilin noyabrından bu günə qədər heç olmadığı qədər çox neft kəmərlərlə vurulub. Bazardakı neftin çoxluğu isə təbii olaraq qiymətlərin düşməsinə səbəb olur. İkinci səbəb, Çindəki iqtisadi inkişafın sürətinin azalması və bu istehsal nəhənginin yalnız neft və təbii qaz deyil, eyni zamanda əmtəə bazarlarında da geriləmələrə səbəb olmasıdır. Üçüncü və bəlkə də ən əhəmiyyətli səbəb isə ABŞ-ın İrana istiqamətli sanksiyaları ləğv etməsi ilə birlikdə bazara daxil olacaq gündəlik 3 milyon barel İran neftinin, hazırda çoxalması ləngiyib və Yaponiya kimi durğunluğa girən əhəmiyyətli Asiya iqtisadiyyatında bazar rəqabətinə mənfi təsir etmə ehtimalı ortaya çıxıb. Digər əhəmiyyətli səbəb isə FED-in faiz artırma proqramının inkişaf etməkdə olan ölkələr başda olmaq üzrə qlobal iqtisadiyyatda yaradacağı mənfi təsirdir.
Görəsən, neftin qiymətləri daha nə qədər düşəcək?
Rusiya kimi əhəmiyyətli qlobal aktyorlar üçün bu, tam mənası ilə bir milli təhlükəsizlik mövzusudur. Rusiyanın digər neft ixracatçısı ölkələrə görə müqavimət imkanı çox aşağıdır. Çünki Rusiya neft çıxarma xərcləri baxımından dünyadakı bənzərlərinə görə çox daha çətin vəziyyətdədir. Köhnəlmiş sovet texnologiyası və neft sənayesinin ehtiyac duyduğu mallar üzərindəki sanksiya qərarları, Rusiyanı hər bir barel üçün 18-20 dollarlıq bir xərcə məcbur edir. Səudiyyə Ərəbistanında isə səthə yaxın ehtiyatların üstünlüyü səbəbindən neft çıxarma xərcləri 6 dollar ətrafındadır. Bu isə Rusiya iqtisadiyyatı üzərindəki təzyiqi daha da dərinləşdirir.
Modern.az