Modern.az

Müxalifət liderinin qardaşı bar işlədir

Müxalifət liderinin qardaşı bar işlədir

Dünya

22 Dekabr 2015, 10:16

Daha əvvəl İzmirin Gaziemir mahalında bir tikintidə gözətçilik edən Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun qardaşı Celal Kılıçdaroğlu indi də Kuş adasında bir pansionun kafe barını işlətməyə başladı

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, jurnalistlərin maraqlanmasının ardından tikintidəki vəzifəsindən ayrılmaq məcburiyyətində qalan Celal Kılıçdaroğlu partiyalıların dəstəyi ilə Buca bələdiyyəsinin məclis üzvlüyü üçün namizədliyini açıqladı və siyasətə addım atdı.

Ancaq bu qərarı böyük qardaşı Kamal Kılıçdaroğlu tərəfindən xoş qarşılanmadı. Bu səbəbdən siyasətdən çəkilən qardaş Kılıçdaroğlu 1 ay əvvəl İzmirdən ayrılaraq Aydının Kuşadası Mahalına yerləşdi.

Kuşadasında bir pansionun kafe-bar hissəsini işlətməyə başlayan Celal Kılıçdaroğlu deyib:

“Həm spirtli, həm spirtsiz xidmətimiz var. Həftədə 2 gün canlı musiqimiz də var. Özümü bu sahədə inkişaf etdirəcəyəm. Gözətçi də olaram, barmen də. Qapım hər kəsə açıq. Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davutoğlunun qonağım olmasını istəyərəm”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI