Bruney sultanı Həssənal Bolkiah Milad bayramını qadağan edən qanun imzalayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sultan bu addımı ölkədə çoxluq təşkil edən müsəlmanların dini inamını sarsıda biləcəyi ehtimalı ilə əsaslandırıb.
Sənəddə bildirilir ki, qanunu pozaraq Milad bayramını qeyd edəcək müsəlmanları 5 ilə qədər həbs gözləyir. Həm Yeni il paltarı geyinən, həm də dostlarına Yeni il təbrikləri göndərən hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq.
Rəsmi statistikaya görə, Bruney sultanlığının 420 min əhalisi var. Onların 65 faizi müsəlmanlardır.
Vüqar İsmayılov