Modern.az

İslahatlara çağırış edən yazıçı həbs edildi

İslahatlara çağırış edən yazıçı həbs edildi

Dünya

22 Dekabr 2015, 12:16


Səudiyyə Ərəbistanında ölkədə siyasi islahatların keçirilməsinə çağırış edən yazıçı Zuhayr Əl-Kutbi 4 il azadlıqdan məhrum edilib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 62 yaşlı yazıçının oğlu və vəkili deyiblər ki, Əl-Kutbinin cəzasının yarısı şərtidir, bundan əlavə 15 il yazıçılıqla məşğul ola bilməz və 5 il ölkəni tərk etməməlidir.

Yazıçı 26600 dollar cərimə də ödəməlidir.

Yazıçıya hansı ittihamın élan edildiyi isə məlum deyil. O, iyul ayında televiziyadakı çıxışında bəyan edib ki, Səudiyyə Ərəbistanında Konstitusiya idarəetmə sisteminə keçməlidir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI