Türkiyənin Aydın əyalətinin Kuşadası rayonundan Yunanıstana keçmək istəyən qaçqınları aparan qayıq batıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qayığın batması nəticəsində 3-ü uşaq olmaqla,11 nəfər həyatını itirib.
Batmaq təhlükəsi ilə üzləşən 7 qaçqını isə Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları xilas edib.
Xilas edilənlər Kuşadasındakı dövlət xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, BMT-nin dekabrın 21-nə olan məlumatına görə, Avropaya sığınan qaçqın və miqrantların ümumi sayı 1 milyon 5 min 504 nəfər olub. Onların çoxu (816 752 nəfər) dəniz yolu vasitəsilə Yunanıstandan Avropaya gəlib.
Modern.az