Modern.az

Qırğız prezident Türkiyəni Rusiyadan üzr istəməyə çağırdı

Qırğız prezident Türkiyəni Rusiyadan üzr istəməyə çağırdı

Dünya

24 Dekabr 2015, 10:21


Qırğızıstan prezidenti Almazbəy Atambayev Türkiyə hakimiyyətinin Su-24 təyyarəsini vurduğu üçün Rusiyadan üzr istəməli olduğunu deyib. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, jurnalistlərin qarşısına çıxan qırğızların dövlət başçısı bu addımın ən düzgün seçim olacağını düşünür:

“Fikirləşirəm ki, Türkiyə üzr istəməlidir. Bəzən belə şeylərə səbirlə yanaşmaq lazımdır. Bu həm iqtisadi, həm də siyasi baxımdan iki ölkəyə sərf etmir”.

Almazbəy Atambayev təyyarənin 17 saniyəlik olsa da, Türkiyə səmasına daxil olmasını onu vurmaq üçün əsas olmadığını deyib.

Noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsi Suriya-Türkiyə sərhədində vurulub.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu