Hindistanın baş naziri Narendra Modi Vladimir Putinə qılınc və Mahatma Qandinin XVIII əsrə aid əlyazmasını hədiyyə edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvaya 2 günlük səfərlə gələn Hindistan hpökumətinin başçısı Rusiya prezidenti ilə təkbətək görüş keçirib. Bu gün iki ölkə arasında bir neçə sənədin imzalanması nəzərədə tutulur.
2007-ci ilin iyununda Putin özünü xalis demokrat adlandıraraq Mahatma Qandinin ölümündən sonra danışmağa heç kəsin olmadığını demişdi.
“Mən xalis və təmiz demokratam. Amma siz bilirsiniz bəla hardadı? Bəla da yox, əls faciə. Faciə ondadır ki, indi mən dünyada tək demokratam. Mahatma Qandinin ölüündən sonra danışmağa heç kəs yoxdur”.
Vüqar İsmayılov