Böyük Britaniyanın “Times” qəzeti Almaniyanın kansleri Angela Merkel Londona səfəri ilə bağlı şok iddia ilə çıxış edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hökumət başçısı baş nazir Devid Kemeronun şəhər kənarında yerləşən iqamətgahında krallığın xüsusi xidmət orqanları ilə gizli görüş keçirib.
Bu ilin oktyabrında baş tutan gizli görüşdə Kemeron da iştirak edib. Merkel Britaniya tərəfinə Putin və Rusiya ilə bağlı bildiyi gizli məlumatları, qarşılğında isə Britaniya kəşfiyyatının İraq-Şam İslam Dövləti (İŞİD) ilə bağlı topladığı informasiyaları alıb. Görüşdə Britaniya tərəfdən Mİ-5 əks-kəşfiyyat idarəsinin rəhbəri Endryu Parker, Mİ-6 xarici kəşfiyyat idarəsinin rəhbəri Aleks Ynager və digər şəxslər olub.
“Almaniya kansleri Mİ-5, Mİ-6 xidmətlərinə Rusiya prezidenti Vladimir Putin, Ukraynadakı qeyri-sabit vəziyyətdən və Krımdan məlumatlar verib”.
“Times” qəzeti Almaniya ilə Britaniya arasında müntəzəm kəşfiyyat mübadiləsi kanalının olduğunu da xəbər verir.
Vüqar İsmayılov