Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı assosiasiya sazişi Avropa İttifaqının bütün dövlətləri tərəfindən ratifikasiya edilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib.
“Brüsseldən yaxşı xəbərlər gəlib. Belçika ratifikasiya prosesini yekunlaşdırmayan sonuncu Avropa İttifaqı ölkəsi idi ki, o da artıq sazişi ratifikasiya edib”, - deyə D. Usupaşvili söyləyib.
Qeyd edək ki, Gürcüstan Avropa İttifaqı ilə assosiasiya sazişini 27 iyun 2014-cü ildə imzalayıb.
Modern.az