Modern.az

Konqresmenlərdən Obamaya MÜRACİƏT: “İŞİD-in xaçpərəstlərə etdikləri soyqırımıdır”

Konqresmenlərdən Obamaya MÜRACİƏT: “İŞİD-in xaçpərəstlərə etdikləri soyqırımıdır”

Dünya

25 Dekabr 2015, 09:35


“İslam dövləti” (İŞİD) terror qruplaşmasının xaçpərəstlərə qarşı törətdiyi vəhşiliklər Ağ Ev tərəfindən soyqırımı kimi tanınmalıdır.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər üzrə komitəsinin sədri, respublikaçı Edom Roysun təşəbbüsü ilə 30 konqresmen bu barədə Ağ Evə müraciət edib.  

“Biz mətbuatda çıxan xəbərlərdən son dərəcə narahatıq ki, ABŞ administrasiyası yalnız yezidilərə qarşı əməlləri xüsusi soyqırımı aktı kimi qəbul etməyə hazırlaşır.

Lakin təəssüflər olsun ki, xaçpərəstlərə və başqa azlıqlara qarşı da soyqırımı həyata keçirilir. Onlar məhv edilir. Bu da genosid kimi tanınmalıdır”- deyə müraciətdə bildirilib.      

Aqşin Kərimov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu