Modern.az

İranda girov götürülən ABŞ diplomatları kompensasiya alacaqlar

İranda girov götürülən ABŞ diplomatları kompensasiya alacaqlar

Dünya

25 Dekabr 2015, 09:36



ABŞ prezidenti Barak Obama 30 il əvvəl İranda baş verən İslam inqilabı zamanı 444 gün girovluqda qalan amerikalı diplomatlara pul kompensasiyası ödənilməsi haqqında sənəd imzalayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onların hər birinə girovluqda saxlanıldıqları hər gün üçün 10 min dollar alacaqlar.

Beləliklə, hazırda yaşayan 37 diplomat və onların 16 varisi 4,4 milyon dollar alacaqlar.

Keçmiş girovların sözlərinə görə, girovluqda olduqları zaman çoxlu dəhşətli anlar yaşayıblar: onlar güllələnməklə hədələniblər, rezin şlanqlarla döyülüblər, liftlərin şaxtalarından ayaqlarından asılıblar və s. 1981-ci il yanvarın 20-də azad olunduqdan sonra onların çoxu depressiyaya düşüb, bir çoxunun ailəsi dağılıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu