Modern.az

Rusiya İrana S-300 raketlərini gələn il satacaq

Rusiya İrana S-300 raketlərini gələn il satacaq

25 Dekabr 2015, 15:39


Rusiyanın TASS agentliyi Moksvanın Tehrana satmağı planlaşdırdığı S-300 raketləri ilə bağlı yeni məlumatlar əldə edib.

Modern.az agnetliyə istinadən xəbər verir ki, S-300PMU-2 raketlərinin ilk divizionu 2016-cı ilin yanvarında başlayacaq və fevral ayına qədər davam edəcək. İkinci divizion isə 2016-cı ilin avqust-sentybar aylarında İrana satılacaq.

2016-cı ilin yanvarından başlayaraq 80 iranlı hərbçi S-300PMU-2 sistemini idarə etmək üçün Moskvanın Mojaysk akademiyasına ezam olunacaq. Təxminən may ayında isə hərbçilər vətənlərinə geri qayıdacaqlar.  

2007-ci ildə İran Rusiya ilə S-300 zenit raket kompekslərinin 5 divizionunun satın alınması barədə müqavilə imzalayıb. Tehran razılaşmaya uyğun olaraq 800 milyon dollar vəsait ödəsə də, Moskva müqavilənin şərtlərini icra etməmişdi. Buna görə də İranın pullarını geri qaytarmışdı.  

2015-ci il aprelin 13-də Vladimir Putin İrana S-300 komplekslərinin satılmasına qoyulan qadağanı aradan götürüb.      

Vüqar İsmayılov        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu