Modern.az

Sosialist ölkəsində seks inqilabı

Sosialist ölkəsində seks inqilabı

25 Dekabr 2015, 18:00

İspaniyanın “EL Pais” qəzetinin müxbiri Makarena Vidal Liy Çindəki seksual inqilabdan yazıb. Modern.az xəbər veirr ki, ispaniyalı jurnalist min illər boyu seksuallıq barədə danışılmayan Çin cəmiyyətinin son illərdə sürətlə dünyanın seks mərkəzlərindən birinə çevrildiyini yazır:

“Sin sülaləsi zamanı (979-1279) neokonfutsiçilər cəmiyyətdə puritan əxlaqını zorla yayırdılar. Kommunist Mao rejimi isə nikahdankənar münasibətləri cinayət faktı kimi dəyərləndirirdi”.

Çin “LGBT”sinin fəalı Li İnxe isə sosialist ölkəsinin əsl “seks inqilabı” yaşadığını iddia edir. Onun sözlərinə görə, əgər 1989-cu ildə çinlilərin 15 faizi nikaha qədər münasibətlərə daxil olduqlarını etiraf edirdilərsə, bu gün çinlilərin 71 faizi bunu etiraf edir.  

Stastistik rəqəmlər də bunu isbat edir.

Belə ki, bu gün Çində 70-ci ilər olduğu kimi, evlənmək üçün iş yerindən yazılı icazə tələb olunmur. 1997-ci ildə qəbul edilən qanunla isə nikahdankənar seks cinayət məcəlləsindən çıxarılmışdı.  

Təsadüfi deyil ki, dünyada istehsal olunan seks oyuncaqlarının 70 faizi Çinin payına düşür. Ölkədə 200 mindən artıq seks-şop mağazası açılıb. 2014-cü ildə bu sahədə ticarət dövriyyəsi 6,4 milyard avrodan çox olub və inamla artmaqda davam edir: “Əvvəllər insanların əsas məqsədi yemək tapmaq idi. İndi qarınlarını doydurduqdan sonra insanlar seks barədə düşünür”.  

Onun sözlərinə görə, ölkədə fahişəlik, pornoqrafiya və homoseksualizm qadağa altında olsa da, buna görə tətbiq edilən cəzalar xeyli yüngülləşdirilib: “Fahişəliyə görə əvvəllər ölüm hökmü verilsə də, indi maksimum bordeli bağlamaqla kifayətlənərlər. Homoseksuallar isə cəmiyyətdə özlərini get-gedə daha çox nümayiş etdirirlər”.  

Li İnxe Çin cəmiyyətnidə bakirə qız haqqında minflərin həyat reallığı qüarşıısnda yoxa çıxdığını deyir.      

Vüqar İsmayılov          

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI