2016-cı ildən Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına keçməsi ilə bağlı planın detallarının işlənilməsi üçün işçi qrupun formalaşdırılmasına başlanılacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin islahatlar üzrə layihə ofisinin rəhbəri Andrey Zaqorodnyuk məlumat verib.
ATƏT-lə birgə Ukrayna Silahlı Qüvvələrinə metodik nəzarət sistemi işləniləcək. Bu layihədə orduya vətəndaş nəzarəti də öz əksini tapacaq.
Zaqorodnyuk hərbi qulluqçuların xidmət mərkəzlərinin yaradılması haqqındada məlumat verib.
Onun sözlərinə görə, hərbi komissarlıqlar sistemindən hərbi qulluqçularının ehtiyaclarının və problemlərinin həlli üçün istifadə ediləcək.
Modern.az