Modern.az

Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub

 Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub

26 Dekabr 2015, 01:02


Əfqanıstanın şimal bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 23:44-də qeydə alınıb. Yeraltı təkanların episentri İşkaşim şəhərindən 33 km cənub-qərbdə, ocağı isə 200 km dərinlikdə yerləşib.  

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

Qeyd olunur ki, zəlzələ Pakistan və Hindistanda da hiss olunub.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu