Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Anadolu Agentliyinin təşkil etdiyi “İlin fotosu” yarışmasına qatılaraq öz seçimini edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısının seçdiyi fotolarda Türkiyənin və dünyanın 2015-ci ildə yaşadığı acı və fərəhli günlərin bir təsiri əks olunub. Ərdoğan informasiya, sosial həyat və idman olmaqla 3 kateqoriyada seçim edib. Ən maraqlı seçim isə Arda Turanın Türkiyə millisi Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandıqdan sonra futbol meydanında ağlamağının təsviri olub.
Elmin NURİ