Modern.az

İŞİD 837 qadını edam edib

  İŞİD 837 qadını edam edib

Dünya

26 Dekabr 2015, 20:47


"İraq-Şam İslam Dövləti" terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 837 qadını edam ediblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhərin tibb işçiləri məlumat verib.

Məlumata görə, şəhər işğal ediləndən indiyədək qadınların əksəriyyəti terrorçular tərəfindən təsis edilən "şəriət məhkəməsi"nin çıxardığı hökmdən sonra qətlə yetiriliblər.  

Qeyd olunur ki, edam qərarları müxtəlif bəhanələr altında çıxarılıb. Edama əsasən əyalətin deputatlar şurasına namizədlər, dövlət qulluqçuları, həmçinin vəkil vəzifəsində çalışanlar, notarius və bərbər işləyən qadınlar məhkum ediliblər.  

Qeyd edək ki, İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda terrorçuların əlinə keçib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu