"Mən baş nazir vəzifəsinə namizəd kimi, indiki mərhələdə Gürcüstan parlamentinə təsdiqlənməsi üçün hökumətin tərkibini dəyişməz olaraq təqdim edəcəm. Xarici işlər naziri vəzifəsinə isə Mixail Janelidzenin namizədliyini təqdim edəcəm". Modern.az saytı xəbər verir ki, bu fikirləri APA Gürcüstanın baş naziri vəzifəsinə namizəd olan Giorgi Kvirikaşviliyə istinadən yayıb.
Onun sözlərinə görə, əgər parlament ona etimad edib baş nazir vəzifəsinə təsdiq edərsə, onda o, baş nazir mövqeyindən çıxış edərək, hər bir nazirliyin və nazirin fəaliyyəti ilə dərin və hərtərəfli tanış olacaq.
G. Kvirikaşvili yaxın gələcəkdə hökumətin tərkibində dəyişikliklərin də olacağını bildirib.
Modern.az