Beynəlxalq Futbol Assosiayaları İttifaqının (FİFA) sabiq prezidenti Yozef Blatter ölümlə təhdid olunur.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə korrupsiyada ittiham olunan futbol funksuionerinin qızı Karolina Blatter məlumat verib: “Həmin adamların kişiliyi yoxdur ki, öz adlarını çəksinlər”.
Karolinanın sözlərinə görə, anonim şəxsin yazdığı təhdid məktubları artıq polisə təhvil verilib.Yozef Blattter 1998-ci ildə FİFA prezidenti seçilib.
2015-ci ilin mayında növbəti müddətə prezident seçilsə də, korrupsiya ittihamları fonunda istefa verməli olub.
Vüqar İsmayılov