Modern.az

Məşhur agentlik Putin-Kerri görüşünün detallarını AÇIQLADI

Məşhur agentlik Putin-Kerri görüşünün detallarını AÇIQLADI

Dünya

30 Dekabr 2015, 10:22


ABŞ-ın dövlət katibi Con Kerrinin dekabr ayının ortalarında Rusiya prezidenti Vladimir Putinlə görüşündə müzakirə etdiyi bəzi məsələlərin detalları açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.  

Agentlik bildirib ki, Putin Kerriyə Suriya prezidenti Bəşər Əsədin 2017-ci ildə keçiriləcək seçkilərdə iştirakının vacibliyini xatırladıb.  

Məlumata görə, ABŞ dövlət katibi bu məsələdə Kreml başçısı ilə razılaşmadığını vurğulayıb.  

“Rusiya lideri isə öz növbəsində bildirib ki, Suriya diasporu səsvermədə iştiraka razıdır. Eləcədə də, Suriya müxalifətinin hərbi əməliyyatları dayandıracağı təqdirdə siyasi prosesdə iştirakına razıdır”,-deyə “Bloomberg” yazıb.

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu