Modern.az

Dünyada miqrantların sayı 244 milyon nəfərə çatıb

 Dünyada miqrantların sayı 244 milyon nəfərə çatıb

Dünya

12 Yanvar 2016, 23:09

 

Son 15 il ərzində dünyada miqrantların sayı 41 faiz artıb. Modern.az saytı xəbər verir ki, bu barədə BMT məlumat açıqlayıb. Məlumata görə, 2015-ci ildə miqrantların sayı 244 milyon nəfərə çatıb.

Bu göstəricinin təqribən 20 milyonunu qaçqınlar təşkil edir.

Beynəlxalq mühacirlərin say artımı dünya əhalisinin artım tempini üstələyir. Nəticədə 2015-ci ildə miqrantların planet sakinlərinin ümumi sayı arasında payı 2000-ci ilin 2,8 faizinə nisbətdə 3,3 faizə çatıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu