Modern.az

İranın sanksiyalardan azad olacağı gün məlum oldu

İranın sanksiyalardan azad olacağı gün məlum oldu

14 Yanvar 2016, 17:39


Avropa Birliyi İrana qarşı tətbiq edilən sanksiyaları yanvarın 28-də tam ləğv edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya ictimaiyyəti həmin sanksiyaların İranla “altılıq” ölkələri arasında imzalanan tarixi Cenevrə razılaşmasından tam 6 ay sonra – 14 yanvarda ləğvini gözləsə də bu baş vermədi.  

Avropa Birliyinin rəsmiləri sanksiyaların 2 həftə ləngimə ilə götürülməsini, nüvə problemi ilə bağlı razılaşmanın texniki tərəfləri, o cümlədən implementasiyası ilə əlaqələndiriblər.  

Məlumata gröə yanvarın 15-nə qədər MAQATE İranın nüvə proqramı ilə bağlı hesabat təqdim edəcək.

Yanvarın 28-də isə “altılıq” ölkələrinin xarici işlər nazirləri Vyanaya toplaşaraq sanksiyaların rəsmən ləğvi barədə açıqlama verəcəklər.

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu