Modern.az

Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olunub

 Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olunub

16 Yanvar 2016, 00:59

 

Venesuela prezidenti Nikolas Maduro bütün ölkə ərazisində 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyət elan edib. Modern.az saytı xəbər verir ki, bununla bağlı prezident fərmanı Venesuela televiziyasından elan edilib.

Maduro ölkə parlamentindən yerli iqtisadiyyatın xilası üçün dəqiq fövqəladə tədbirlər planını təsdiqləməyi xahiş edib.

"Biz fövqəladə planı aktivləşdirmək və iqtisadiyyatımızı yenidən qurmaq niyyətindəyik", - deyə o bildirib.

Madura bundan əvvəl 90 faizdən çox neft gəlirlərindən asılı olan Venesuela iqtisadiyyatında istehsalın artırılması üzrə tədbirlər planı təqdim edəcəyini bildirmişdi.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu