Modern.az

Burkina-Fasoda otelə hücum 20 nəfərin ölməsilə nəticələnib

Burkina-Fasoda otelə hücum 20 nəfərin ölməsilə nəticələnib

16 Yanvar 2016, 09:56


Qərbi Afrika ölkəsi olan Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərindəki “Splendid" otelində  gerçəkləşdirilən bombalı və silahlı hücumda ən az 20 adam ölüb, 15-i isə yaralanıb.

Modern.az  xarici KİV-nə istinadən xəbər verir ki, həyata keçirilən terror aktının məsuliyyətini “Əl-Qaidə” ilə əlaqələri olan yerli “Məğrib” qrupu üzərinə götürüb.  

Terrorçular “Splendid” otelindəki insanları girov götürüblər. Polisin keçirdiyi əməliyyatdan sonra 33 girov azad edilib.
Şəhərin mərkəzi xəstəxanasının baş həkimi Robert Sangarenin hadisə zamanı 20 nəfərin öldüyünü, 15 nəfərin vəziyyətlərinin ağır  olduğunu bildirib.Onun sözlərinə görə hələ də ölü sayının artması gözlənirlir.

Ağa AKİFOĞLU

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu