Amerikalı aktyor Rikardo Medina öz otaq yoldaşını öldürməkdə təqsirli bilinir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha çox “Nüfuzlu reyncerlər” serialındakı rolu ilə tanınan 36 yaşlı Medina qonşusunu qılıncla öldürüb.
Hadisənin Medinanın sevgilisinə görə baş verdiyi bildirilir. 36 yaşlı Coş Satter Medina ilə mübahisə edib və bu zaman aktyor otağında saxladığı qılıncı götürərək qonşusuna bir neçə zərbə endirib. Müdafiə tərəfi aktyorun özünü müdafiə etməsi versiyası üzərində dayanır.
Araşdırmalar davam edir. Günahları sübut olunarsa, Rikardo Medinanı 26 ilə qədər həbs gözləyir.
Vüqar İsmayılov