Modern.az

Tayvanda həm prezident, həm də parlament seçkiləri keçirilir

Tayvanda həm prezident, həm də parlament seçkiləri keçirilir

16 Yanvar 2016, 11:24


23 milyon əhalisi olan Tayvanda bu gün ölkəni idarə edəcək prezident və parlament nümayəndələrinin seçilməsi üçün səsvermə artıq səhər saatlarında başlayıb.

Modern.az  xarici mdeiaya istinadən xəbər verir ki, 18 milyon 600 min seçicisi olan Tayvanda  15 min 600 seçki məntəqəsində səs verilir.

Regionda 1 milyon 290 min gənc seçici ilk dəfədir ki, səs verir.

Tayvan Milli Polis İdarəsi seçkilərin təhlükəsizliyini təmin etmək üçün 15 min 618 polis əməkdaşının seçki keçirilən məntəqələrdə ictimai asayişi qoruduğu bildirilir.

Tayvanda 2012-ci ildə keçirilən son prezident və parlament seçkilərində hazırkı prezident Ma Ying-Jeou  7 milyon 650 min səs toplayaraq  ikinci dəfə ölkə başçısı seçilmişdi.

Parlament seçkilərində də yerlərin üçdə ikisini qazanan  Ma Ying-Jeounun partiyası demək olar ki, mütləq hakimiyyəti ələ ala bilmişdi.

Hazırkı prezident, millətçilərin lideri Ma Ying-Jeounun partiyasından (KMT) Erik Çu prezident olmaq üçün nzamizədliyi itəli sürüb.

Digər partiyalardan isə solçu Demokratik İrəliləyiş Partiyasının  qadın namizədi Tsai Inq-Ven və Xalq Partiyasının namizədi Ceyms Sonq liderlik uğrunda yarışır.

Millət vəkili kürsüsünə sahib çıxmaq üçün isə 73 seçki dairəsindən 354 namizəd yarışır. Tayvanda parlament  113 deputatdan ibarətdir. 18 partiyanın yarışdığı parlament seçkilərində bir siyasi partiya 5%  səddini aşmazsa, paramentdə təmsil olunmaq hüququ əldə etmir.

Ağa AKİFOĞLU  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu