İranın xarici işlər naziri Cavad Zərif ölkəsindən sanksiyaların götürüləcəyi tarixin 16 yanvar olduğunu deyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o bu barədə Vyanada Amerika Dövlət katibi Con Kerri və Avropa Birliyinin xarici işlər üzə komissarı Frederika Moqerini ilə görüşə gedərkən deyib.
Gözlənilir ki, sabah MAQATE İranaın nüvə proqramı ilə bağlı yekun hesabatı təqdim edəcək. Bundan sonra, Cavad Zərif və Frederika Moqerini sanksiyaların aradan götürülməsi ilə bağlı yekun bəyanat verəcəklər.
İran sanksiyalardan azad olunduqdan sonra xarici hesablarda dondurulmuş 50 milyard dollar vəsaitə yenidən sahiblənəcək. Bundan başqa, dünya bazarına sutkada 500 min ton neft satmağa da icazə alacaq.
Vüqar İsmayılov