Modern.az

Saakaşvili Yeqor Qaydarın qızını özünə müavin təyin vetdi

Saakaşvili Yeqor Qaydarın qızını özünə müavin təyin vetdi

16 Yanvar 2016, 13:32


Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Mariya Qaydarı özünə müavin təyin edib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, xanım Qaydar sosial müdafiə və səhiyyə məsələlərinə cavabdeh olacaq.

Buna qədər xanım siyasətçi Mixail Saakaşvilinin köməkçisi idi.

Mariya Qaydar Rusiyanın ilk maliyyə naziri və eks-baş naziri Yeqor Qaydarın qızıdır.

Mariya Qaydar Putin hakimiyyətinə qarşı müxalif düşüncələri ilə seçilib və 2015-ci ilin iyulunda Ukrayna vətəndaşlığı qəbul edərək Mixail Saakaşvilinin komandasında fəaliyyətə başlayıb.

Vüqar İsmayılov 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu