Modern.az

İran ABŞ-dan olan 4 məhbusu azad edib

İran ABŞ-dan olan 4 məhbusu azad edib

Dünya

17 Yanvar 2016, 12:43


İran Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, bu ölkədə həbs edilmiş ikili vətəndaşlığı olan dörd məhbus azadlığa buraxılıb.

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, məhbuslar ABŞ-da saxlanılan 7 İran vətəndaşı ilə dəyişdirilib. Bundan başqa, rəsmi Vaşinqton 14 iranlıya qarşı açılmış cinayət işini də dayandırıb.

Azadlığa çıxanlar arasında “Washington Post” nəşrinin İran üzrə müxbiri Ceyson Rezayan da var. İran və ABŞ vətəndaşlığı daşıyan jurnalist 2014-cü ilin iyul ayında casusluqda ittiham edilərək həbs edilmişdi.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu