Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramı Aİ-nin 6 Şərq Tərəfdaşlığı ölkəsindən 50 mədəniyyət üzrə lideri proqrama qoşulmağa dəvət edir.
Modern.az-ın məlumatına görə, proqram ödənişsizdir və əsas diqqət, dövlət, özəl və qeyri-hökumət sektorlarında reklam, memarlıq, arxiv, muzey, qalereya və kitabxanalar, incəsənət, audiovizual sənayelər, sənətkarlıq işləri, dizayn, moda, festivallar, kino, oyunlar, irs, İT, musiqi, yaradıcı incəsənət növləri, fotoqrafiya, nəşriyyat, radio və TV sahələri üzrə çalışan menecerlər üçün potensialın artırılmasına yönləndirilib.
Proqrama qoşulmaqla və ilk tədbirdə iştirak etməklə siz Aİ-dəki yaradıcı sənayeləri təmsil edən mədəniyyət üzrə aparıcı mütəxəssislərlə tanış olacaq, Əməkdaşlıq Proqramı barədə məlumat alacaq, növbəti 18 ay ərzində seminar imkanlarından yararlanmaq imkanı qazanacaqsınız.
Mədəniyyət üzrə lider kimi siz öz təlim proqramınızı öz şəxsi ehtiyaclarınıza uyğunlaşdırmağa nail olacaqsınız. Öz şəxsi proqramınızı tamamladıqdan sonra sertifikat əldə edəcəksiniz. Seminarın mövzularına daxildir: vəkillik, fandreyzinq, incəsənət marketinqi, auditoriyanın təkmilləşdirilməsi, maliyyə bacarıqları və s.
Proqram aşağıdakı şərtləri yerinə yetirən 50 lideri seçəcək:
Proqramın internet saytı üçün orijinal məqalə və ya araşdırma yazmaq
Xüsusi mədəniyyət idarəçiliyi mövzusu üzrə işçi qrupa qoşulmaq
Ən az iki seminarda iştirak etmək
Proqramın «Mədəniyyət əhəmiyyət kəsb edir» kampaniyasına qoşulmaq
Qeydiyyatdan keçmək üçün, elektron məktub yollayaraq yanvar/fevral aylarında keçiriləcək Yaradıcılıq üzrə Liderlik seminarına qatıla biləcəyinizi təsdiqləyin və proqramda niyə maraqlı olduğunuzu 200 sözlə bildirməlisiniz. Həmçinin, 2016-cı il yanvar ayının 30-nə qədər öz CV-nizi [email protected] ünvanına göndərməlisiniz.
Layihə barədə ətraflı məlumat üçün Aİ-nın Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramı səhifəsində (//www.culturepartnership.eu/az/article/become-the-eu-eap-culture-and-creativity-programmes-associate) yerləşdirlib.