Modern.az

Universitetə HÜCUM: 15 ölü, 50 yaralı - YENİLƏNİB

Universitetə HÜCUM: 15 ölü, 50 yaralı - YENİLƏNİB

20 Yanvar 2016, 10:52

Pakistanın Xeybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində 3 silahlı şəxs universitetə hücum edib. Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerində 2 partlayış olub. Terrorçuların siniflərə, yataqxanalara, tələbə və müəllimlərə atəş açdıqları bildirilir.  

Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Bəzi KİV-lərin yaydıqları informasiyada qeyd olunur ki, terakt nəticəsində 1 nəfər ölüb, 10 yaxın şəxs isə yaralanıb.  

İlkin versiyaya görə, hadisəni Taliban yaraqlıları törədib.

***

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terror zamanı 15 nəfər ölüb, 50 nəfərdən çox insan isə yaralanıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri 2 terroristi zərərsizləşdirib.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu