Modern.az

Günəş sistemində 9-cu planetin olduğu iddia olunur

 Günəş sistemində 9-cu planetin olduğu iddia olunur

20 Yanvar 2016, 23:42

 

Kaliforniya Texnologiya İnstitutunun astronomları Maykl Braun və Konstantin Batıqin Günəş sistemində 9-cu planetin olduğunu bəyan ediblər.  Modern.az saytı xəbər verir ki, alimlər araşdırmalarının nəticələrini The Astronomical Journalında yayıblar. Bu planetin çəkisi təxminən Neptunla eynidir.

Hesablamalar göstərib ki, planet Günəşin ətrafında Neptunun 20 orbiti qədər məsafədə fırlanır, onun çəkisi Yerdən 10 dəfə çoxdur.

Günəşdən bu qədər uzaq olduğu üçün planeti görmək olmur və o, Günəş ətrafında 10-20 min ilə tam dövr edir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu