Tibetin ali dini lideri Dalay-Lama Amerikada xəstəxanaya yerləşdirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dini lider prostatı ilə bağlı həkimlərə müraciət etməli olub.
“80 yaşlı Dalay-Lama Minnesota ştatının Meyo klinikasına yerləşdirilib və prostatla bağlı müalicə alır”- deyə klinikadan rəsmi məlumat verilib.Bildirilir ki, dini liderin xəstəliyi onun yaşda kişilər üçün normaldır və qısa müddətdə o sağalacaq.
Dalay-Lama bundan əvvəl də bir neçə dəfə sağlamlığına görə xəstəxanaya yerləşdirilmişdi.
Vüqar İsmayılov