Modern.az

Ankara Avropa Birliyindən 5 milyard avro tələb edir

Ankara Avropa Birliyindən 5 milyard avro tələb edir

Dünya

30 Yanvar 2016, 13:11

Türkiyə miqrant böhranını həll etmək üçün Avropa Birliyindən 5 milyard avro yardım istəyib.

Modern.az Qərbə mətbuatına istinadən xəbər verir ki, Ankara bu vəsait hesabına miqrantları öz ərazisində saxladaraq Avropa Birliyinə keçməsinin qarşısını almağı təklif edir.

“Ankara 5 milyard avro istəyir, amma biz yalınz söz verdiyimiz 3 milyardı ödəyə bilərik” – deyə Birliyin yüksək vəzifəli şəxsi jurnalistələrə deyib.

Digər tərəfdən Brüsselin Türkiyəyə ayıracağı vəsaitin xərclənməsinə nəzarət etmək istəyi də iki tərəf arasında çətinlik yaradıb. Paralel olaraq türklərə söz verilən 3 milyard avroluq yardım paketinə İtaliyanın veto qoyması ilə prosesin dalana dirənməsinə səbəb olub.

Avropa Birliyuinin Türkiyəyə miqrantları öz ərazisində saxlaması üçün 3 milyard avro yardım ayırması barədə təklifini ilk dəfə 2015-ci ilin oktybarında Almaniya kansleri Angela Merkel səsləndirmişdi. Onun fikrincə, son illərdə 2 milyon suriyalının ərazisində yerləşdirilməsi üçün 7 milyard avro xərcləyib ki, bunun da yalnız 1 milyardı Brüssel tərəfindən ayrılıb.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu