Fransa xarici işlər naziri Loran Fabiusun oğlu istintaq orqanları tərəfindən dindirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tom Fabius fırıldaqçılıq və “çirkli pul”ların yuyulması ilə bağlı aparılan araşdırma çərçivəsində sorğu-sual olunub.
İstintaq 2012-ci ildə Tom Fabiusun 7 milyon avroya Parisin mərkəzində aldığı evlə bağlı fəlaiyyət aparmışdı. Dekabrın ortalarında fransız diplomatının oğlu 12 saat ərzində polislər tərəfəindən dindirilmişdi.
Bundan başqa, 2012-ci il mayın 16-da Amerikanın Las-Veqas şəhərində qumarxanada 3,5 milyon dollar uduzan nazir oğlu həmin borcu saxta çeklərlə ödəmişdi. Nevada ştatının prokurorunun qərarı ilə Tom Fabius fırıldaqçılıq ittihamı ilə axtarışa verilib.
Vüqar İsmayılov