Modern.az

Rusiya Türkiyənin hava məkanını pozmadığını açıqladı

  Rusiya Türkiyənin hava məkanını pozmadığını açıqladı

30 Yanvar 2016, 23:40

 

Rusiyanın Müdafiə Nazirliyi “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.

“Suriyadakı Rusiyaya məxsus təyyarələrin heç biri Türkiyənin hava məkanını pozmayıb. Türkiyə tərəfinin ölkənin hava məkanının guya “SU-34” təyyarəsi tərəfindən pozması barədə bəyanatı təbliğatdan başqa bir şey deyil”-, deyə Konaşenkov bildirib.  

Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.  

 Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu