Meksikanın Gerrero ştatının qubernatoru Hektor Astudillo Floresin gənc qızların şərəfinə təşkil etdiyi şənlikdə 11 nəfər öldürülüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qubernator özü məlumat verib. Lakin o, hadisənin baş verməsi motivləri haqqında heç bir şey deməyib.Qeyd edilir ki, qətllər Terra-Kalentenin kriminal regionu sayılan Koyuka ərazisində baş verib. Bu bölgədə bir neçə narko-kartel nüfuz dairəsi uğrunda mübarizə aparır.
Aqşin Kərimov