Modern.az

Gürcüstanı ən çox azərbaycanlılar turistlər ziyarət edir

 Gürcüstanı ən çox azərbaycanlılar turistlər ziyarət edir

2 Fevral 2016, 11:45

Gürcüstan Daxili İşlər Nazirliyi 2016-cı ilin yanvarında ölkəyə gələn əcnəbi vətəndaşların sayını açıqlayıb.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, yeni ilin ilk ayında ölkəyə 323 mindən artıq xarici ölkə vətəndaşı gəlib. Onlardan 116 min nəfər turist olub. Ən çox turist Azərbaycandan, Türkiyədən və Ermənistandan gəlir.

Gürcüstanın rəsmi dövlət strukturu Rusiya vətəndaşları bu reytinqdə 4-cü yeri tuturlar. Ötən illə müqayisədə rus turistlərinin sayı 10,2% artaraq bu ayda 44239 nəfər təşkil edib.

Ümumlikdə 2015-ci ildə Gürcüstanı ziyarət edən turistlərin sayı 5,897 milyon nəfər təşkil edib. Onlardan 1 milyon 476 min nəfəri Ermənistan, 1 milyon 392 min nəfəri Azərbaycan, 1 milyon 391 min nəfəri isə Türkiyə vətəndaşı olub. İlk onluğa İsrail, ABŞ, Rusiya, Ukrayna, Polşa, Qazaxıstan və Almaniya da daxil olub.

Gürcüstan rəsmləri 2025-ci ildə ölkəyə gələn turistlərin sayının 11 milyon nəfər çatacağını proqnozlaşdırır.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu