Modern.az

Krımı Rusiyaya birləşdirən şəxs yeni təyinat aldı

Krımı Rusiyaya birləşdirən şəxs yeni təyinat aldı

3 Fevral 2016, 11:17


Ötən gün Vladimir Putinin Tula vilayətinin qubernatoru təyin etdiyi Aleksey Dyuminin bioqrafiyası ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2014-cü ilə qədər Dyumin Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyat qüvvələrinin komandiri olub. O 2014-cü ilin fevralında sabiq Ukrayna preazidenti Viktor Yanukoviçin Krımdan Rusiyaya gizli yolla gətirilməsi əməliyyatına başçılıq edib.

23 fevral gecəsi keçirilən əməliyyatın nəticələri barədə Putinə hesabat verilmiş və o, əməliyyatın nəticələrindən razılığını ifadə etmişdi. Sonradan isə Aleskey Dyumin Krımın Rusiyaya birləşdirilməsi əməliyyatıının əsas istiqamətlərini hazırlamışdı.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu