Rusiya prezidenti Vladimir Putin müxtəlif güc strukturunda çalışan 10 generalı işdən çıxardıb.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident sərəncamı ilə Rusiya İstintaq Komitəsinin Çeçenistan üzrə sədri Sergey Devyatov, İstintaq Komitəsinin Moskva üzrə sədr müavini Aleksey Zayazev, Fövqəladə Hallar Nazirliyinin aparat rəhbəri Robert Kireyev və daha bir neçə general sərəncama göndərilib.
Putinin sərəncamı ilə Rusiya Daxili İşlər Nazirliyinin Antikorrupsiya İdarəsinə yeni rəis müavini Vladislav Qorkavtsev təyin olunub.
Vüqar İsmayılov