Rusiya hakimiyyəti Ukrayna qeydiyyatında olan böyük yük avtomobillərinin federasiya ərazisində hərəkətinin dayandırılmasına dair qərar qəbul edib. Modern.az xəbər verir ki, bunun bağlı Rusiya Nəqliyyat Nazirliyinin saytı məlumat yayıb.
Məlumata görə, bu tədbir qarşı tərəfin Ukrayna ərazisində Rusiya yük maşınlarının qanunsuz olaraq əngəllənməsi ilə bağlı vəziyyət aradan qaldırılana qədər davam etdiriləcək: “Bir qrup şəxs" fevralın 11-dən etibarən Ukrayna ərazisindən tranzit kimi istifadə edən Rusiya yük avtomobillərinin hərəkətinə qanunsuz olaraq mane olur. Nazirlik bəyan edir ki, Ukrayna yük maşınlarının hərəkətinin dayandırılması buna cavab tədbiridir”.
İdarənin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində Rusiyaya məxsus yüzdən çox yük maşını dayandırılıb, 500-dən çox yük maşını isə Avropa İttifaqı ölkələrindən Rusiyaya gəlmək üçün Ukrayna ərazisinə daxil ola bilmir.
Modern.az