Modern.az

Ankaradan Vaşinqton və Moskvaya MESAJ: “Ağlınızı başınıza yığın”

Ankaradan Vaşinqton və Moskvaya MESAJ: “Ağlınızı başınıza yığın”

15 Fevral 2016, 19:09

“Bir gün DAEŞ  (İŞİD) tərəfindən bizə silah atılır. Bir gün isə PYD (PKK-nın Suriya qanadı) tərəfindən Türkiyə sərhədlərinə doğru hücum edirlər. PYD-nin nəzarətində olan bölgələrdəki proseslər Türkiyənin daxilindəki terror qruplarına da ciddi şəkildə güc, qüvvət verir”.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Numan Kurtulmuş A Haber kanalının canlı yayımında deyib.  

Hökumət rəsmisi Səudiyyə Ərəbistanının və Türkiyənin Suriyada hərbi əməliyyatlara başlayacağı barədəki iddiaları da  cavablandırıb. Onun sözlərinə görə, bu cür iddialar yalnız bir sıra mətbuat orqanlarına məxsusdur və həqiqət deyil.   O, Suriyadakı münaqişəyə görə Rusiya və Amerikaya da xəbərdarlıq edib.  

“Bir daha amerikalılara, ruslara və digər güclərə səslənirəm. Ağlınızı başınıza yığmaq məcburiyyətindəsiniz. Bir masa üzərindəki oyun kimi Orta Şərqdə oyun oynamaq olmaz. Əgər Orta Şərq coğrafiyasında oyun oynasanız, bunun aqibətinin necə olacağını bilməzsiniz”.  

Qeyd edək ki, Türkiyə sərhədlərinə daxil olan Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsini vurduqdan sonra Ankara ilə Moskva arasında siyasi gərginlik yaşanır.

Aqşin KƏRİMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu