Modern.az

Gürcüstanla İran arasında viza rejimi ləğv olunub

 Gürcüstanla İran arasında viza rejimi ləğv olunub

15 Fevral 2016, 20:12

 

“Gürcüstanla İran arasında viza rejimi ləğv olunub”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfirinin müavini Möhsün Kebryay bildirib.

Möhsün Kebryay bildirib ki, fevralın 15-dən viza rejiminin ləğvi Gürcüstanla İran arasında arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcək.

“Viza rejiminin ləğv edilməsi İran və Gürcüstan arasında ticarət dövriyyəsinin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək. Ölkələrimiz arasında sərbəst gediş-gəliş varsa, investisiyası olan insanlar azad şəkildə ölkəyə gələcək və investisiya yatıraraq ticarət fəaliyyətini sərbəst inkişaf etdirəcək. 2012-2013-cü illərdə ticarət dövriyyəsi 200 milyon idisə, hazırda bu 130 milyona da çatmır və əmtəə dövriyyəsini artırmaq üçün potensial var. Biz bu çatışmazlığı düzəldə bilərik”, - Kebryay belə deyib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu