Türkiyənin və Səudiyyə Ərəbistanının silahlı qüvvələri fevralın 15-dən etibarən beşgünlük birgə hərbi təlimlərə start verib.
Modern.az saytının verdiyi xəbərə görə, bu barədə İranın “Press TV” telekanalı Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.Bildirilib ki, təlimlərdə Səudiyyə Ərəbistanı tərəfdən 6 F-15 qırıcı təyyarələri iştirak edir. Məlumata görə, təlimlər Konyada keçirilir.
Qeyd edək ki, bir müddət öncə nüfuzlu beynəlxalq KİV-lər Türkiyə və Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyatına başlayacağına dair informasiya tirajlayır.
Lakin, ötən gün Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş bu cür məlumatların yalnız mətbuatın iddiası olduğunu və həqiqəti əks etdirmədiyini deyib.
Aqşin Kərimov